Quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb
06 Yanvar 2011, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində quş ovuna qoyulan bir aylıq müvəqqəti qadağanın müddəti 1 yanvar 2011-ci il tarixdən etibarən daha bir ay uzadılıb.
Xatırladaq ki, 1 dekabr 2010-cu il tarixində qonşu ölkələrdə “quş qripi” xəstəliyinin (H5N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yarandığından ölkə ərazisində quş ovuna 1 aylıq müvəqqəti qadağa qoyulmuşdur.
Qeyd edək ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən keçirilmiş monitorinqlər nəticəsində ölkə ərazisində quş qripi xəstəliyinə yoluxma halları aşkar olunmamışdır. Lakin havaların nisbətən mülayim keçməsi səbəbindən Azərbaycana quşların miqrasiyası tam başa çatmamışdır. Bu isə miqrasiya prosesi zamanı köçəri quşlar vasitəsilə xəstəliyin ölkəyə daxil olma ehtimalının hələ də aktual olduğunu göstərir.