Şikayətlə bağlı reyd keçirilmişdir
30 Dekabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir qrup vətəndaş tərəfindən Kürdəxanı bağ sahələrindən qumun daşınaraq bitki örtüyünün məhv edilməsi ilə bağlı daxil olmuş şikayət ərizələri Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Aparılan araşdırma zamanı Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları massivində “Kamaz” markalı AZ 58 BA 633 dövlət nömrə nişanlı, “HOVVO” markalı AZ 90-639 dövlət nömrə nişanlı, “ZİL” markalı AZ 20 AC 333 dövlət nömrə nişanlı, Pirşağı qəsəbəsinin Xəzər dənizi sahilində “Kamaz” markalı AZ 58 BA 630 dövlət nömrə nişanlı və “OAMKZ” markalı avtomobillər vasitəsilə qum daşınması faktları aşkarlanaraq təqsirkarlar barəsində akt və protokol tərtib edilmişdir.
Keçirilən növbəti reyd zamanı Pirşağı qəsəbəsinin sahil zonasında və “Qızılqum” sanatoriyası ilə Xəzər dənizi arası ərazidə yükləyicilər tərəfindən dövlət nömrə nişanı olmayan yük maşınlarına qum yüklənməsi faktı müəyyənləşdirilərək sənədləşdirilmişdir.
Təbiətə vurulmuş ziyana görə cavabdeh şəxslər inzibati qaydada 3600 manat məbləğində cərimə olunmuş, fiziki şəxslərə qarşı isə ümumilikdə 3130 manat məbləğində iddia qaldırılmışdır.
Qeyd olunan ərazilərdən qum daşınmasının qarşısının alınması istiqamətində birgə tədbirlərin keçirilməsi məqsədilə ETSN tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur.