Xəbərlər

Zooloji Parkla bağlı tədbir keçirilmişdir

29 Dekabr 2010, 00:00

29 dekabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Zooloji Parkın yaradılması haqqında” 2008-ci il 26 dekabr tarixli Sərəncamının icrası bağlı hazırlanmış Baş Planın layihəsinin təqdimat mərasimi keçirildi.
Tədbirdə Türkiyənin “Ekodenge Engineering and Consultancy Ltd” Şirkəti Zooloji Parkın dizayn, tikinti və inkişaf planı ilə bağlı hazırlanmış layihələri nümayiş etdirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, ekoloji sahədə fəaliyyət göstərən yerli ekspertlər və alimlər tədbirə dəvət olunmuşdu.
Tədbirdə iştirak edən Azərbaycanlı və Türkiyəli mütəxəssislər tərəfindən Zooloji Parkda tikiləcək bina, quraşdırılacaq qurğular və gətiriləcək heyvanlar barədə məlumat verildi.
Daha sonra tədbir, iştirakçıların fikir mübadiləsi şəklində davam etdirildi.