Xəbərlər

Torpaq ehtiyatlarının qorunub mühafizə olunması məqsədilə növbəti monitorinq-araşdırma aparılmışdır

27 Dekabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən Respublika ərazisində torpaq ehtiyatlarının qorunub mühafizə olunması məqsədilə növbəti monitorinq-araşdırma aparılmışdır.
Monitorinq-araşdırma zamanı Kür çayının sahilboyu ərazilərində Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Salyan rayonlarında meşə fondu torpaqlarının korlanması faktları aşkar olunmuşdur.
Müəyyən olunmuşdur ki, torpağın üst münbit qatı məhv edilmiş, ətraf mühitə 7832440 manat məbləğində ziyan dəymişdir.
Təbiətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Monitorinq-araşdırmalar davam etdirilir.