Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılmışdır
24 Dekabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Astara rayon Vəznəş kənd sakini Ş.Dədəyev tərəfindən Hirkan Milli Parkında ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən Milli Parkın işçiləri və şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır.
Aparılan araşdırma zamanı sözügedən Milli Parkın Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat nırx dəyərində 32,77 m3 həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat nırx dəyərində 11,99 m3 həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktları aşkar edilmişdir.
Ağaclardan 3 ədədinin Astara rayon Vəznəş kənd sakini Ə.Abbasov tərəfindən kəsilməsi müəyyənləşdirilərək protokol tərtib edilmiş, qanun pozucusu inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşdur.
Ümumilikdə, təbiətə dəymiş 731,56 manat məbləğində ziyanın 671,58 manatının ödənilməsi təmin olunmuş, qalan 59,98 manatın ödənilməsi üçün isə tədbirlər görülür.