Tovuz və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərində yanğın hadisəsi baş verib
20 Dekabr 2010, 00:00
17 dekabr 2010-cu il tarixində saat 23:00 radələrində Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cırdaxan meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib.
Yanğına səbəb Ermənistan Respublikasının meşə ərazisində baş vermiş yanğının külək nəticəsində onunla həmsərhəd olan Cırdaxan meşəbəyliyinə keçməsi olmuşdur.
Yanğın 18 dekabr saat 05:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının işçilərinin, yaxınlıqdakı hərbi hissənin əsgərlərinin və yerli əhalinin köməkliyi ilə söndürülmüşdür.
Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanmış, meşəyə ziyan dəyməmişdir.
Daha bir yanğın hadisəsi isə həmin gün saat 05:20 radələrində Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zəyzid meşəbəyliyinin 2 və 6 saylı meşə dolaylarında baş verib.
Yanğının səbəbi hələlik tam müəyyənləşdirilməsə də, ovçuların odla ehtiyatsızlığı nəticəsində baş verdiyi ehtimal olunur.
Yanğın 19 dekabr saat 17:50 radələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları, Rayon İcra Hakimiyyəti işçiləri və yerli əhalinin iştirakı ilə tam söndürülmüşdür.
Ümumilikdə, 8 hektar ərazini əhatə etmiş yanğın zamanı əsasən xəzəl və quru ot örtüyü yanmış, meşəyə ziyan dəyməmişdir.
Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün yanğın hadisəsi sənədləşdirilərək hüquq-mühafizə orqanlarına göndərilmişdir.