Yanğın hadisəsi baş verib
14 Dekabr 2010, 00:00
13 dekabr 2010-cu il tarixində saat 07:00 radələrində Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1 saylı meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib.
İlkin ehtimala görə yanğının səbəbi ovçuların və ya çobanların odla ehtiyatsızlığı olmuşdur.
Yanğın saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və əhalinin iştirakı ilə tam söndürülmüşdür.
Ümumilikdə, 5 hektar ərazini əhatə etmiş yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.