Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”ndə Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmişlər

13 Dekabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar 11 dekabr 2010-cu il tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə başladığı yürüş başa çatıb.
Derkabrın 11-də Bakı şəhərindən başlanan yürüş “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
Derkabrın 12-də isə ekspedisiya üzvləri bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq qarlı-boranlı, şaxtalı ekstremal hava şəraitinə dözüm göstərərək dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmağa müvəffəq olmuşlar.
Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş Ulu Öndər Heydər Əliyevin barelyefi önünə qızıl gül dəstələri düzərək Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.