29 noyabr-04 dekabr 2010-cu il tarixlərində Respublika ərazisində ümumilikdə 390,98 hektar sahədə 774 803 ədəd ağac və kol bitkisi əkilmişdir
13 Dekabr 2010, 00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağac əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bakı və onun ətraf ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2009-cu ilin payız-2010-cu ilin yaz mövsümlərində 1 005 000 ədəd ağac və kol bitkisi əkilmişdir.
2010-cu ilin payız mövsümünün 01 noyabr-04 dekabr tarixlərində 432 194 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
29 noyabr-04 dekabr 2010-cu il tarixlərində isə Bakı və onun ətrafındakı 125,1 hektar sahədə 104 443 ədəd ağac və kol bitkisi əkilmişdir.
Ümumilikdə, 2009-cu ilin payız mövsümündən bu günədək Bakı və onun ətrafında 1 437 194 ədəd ağac və kol bitkisi əkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 265,88 hektar sahədə 670 360 ədəd müxtəlif ağac əkilmişdir. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilmişdir.
Respublika ərazisində bu həftə ərzində 390,98 hektar sahədə 774 803 ədəd ağac və kol bitkisi əkilmişdir.
Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümündən bu günədək Respublika ərazisində ümumilikdə 4 450 244 ədəd ağac və kol bitkisi əkilmişdir.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.