Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüşə başlayıb

11 Dekabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar 11 dekabr 2010-cu il tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşə yollanıb.
Məqsəd müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dekabrın 12-də “Heydər zirvəsi”nə çataraq Ulu Öndərin barelyefi önünə gül dəstələri qoyaraq anmaqdır.