Qonşu ölkə vətəndaşlarının quş qripinə yoluxması ilə əlaqədar Azərbaycanda ehtiyat tədbirləri görülür
03 Dekabr 2010, 00:00
Son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə “quş qripi” xəstəliyinin (H5N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranmışdır.
Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi,
Gürcüstan və Türkiyə Respublikalarının isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 01 dekabr 2010-cu il tarixində ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub, quş ovu üçün Nazirliyin Ərazi Şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb. Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”na müraciət edilib.
Xatırladaq ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq 05 noyabr 2010-cu il tarixində ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi.