Xəbərlər

Dekabr ayına olan hava proqnozu

03 Dekabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, bəzi günlərdə isə orta sutkalıq temperaturun normadan 1-2 dərəcə yüksələcəyi gözlənilir.
Dekabr ayı ərzində Respublika üzrə yağıntıların qeyri-bərabər paylanacağı, aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 4-8, gündüzlər 10-13, bəzi günlərdə 4-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 0-4 dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında

Orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı ehtimal olunur.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında

Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 13-16 mm) olacağı ehtimal olunur.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında

Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 5-9 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə biq qədər çox olacağı ehtimal olunur.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 2-5 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-14, bəzi günlərdə 5-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında

Orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 3-6 dərəcə isti, bəzi günlərdə dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-14, bəzi günlərdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 0 dərəcəyə yaxın) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 58-106 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.