Xəbərlər

22-27 noyabr 2010-cu il tarixlərində Respublika ərazisində ümumilikdə 496,49 hektar sahədə 975 013 ədəd ağac və kol bitkisi əkilmişdir

01 Dekabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən 2010-cu ilin payız mövsümünün 22-27 noyabr tarixlərində Respublika ərazisinin 496,49 hektar sahəsində 975 013 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Respublika ərazisinin 119 hektar sahəsində əkilən ağaclardan 108 603 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür.
Belə ki, Ələt-Salyan magistral avtomobil yolunun 18,5 hektar sahəsində 16 500 ədəd, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsinin 10,2 hektar sahəsində 10 000 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun 8,4 hektar sahəsində 7500 ədəd, Bakı-Quba magistral avtomobil yolunun 8,5 hektar sahəsində 7740 ədəd, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 23,8 hektar sahəsində 22 100 ədəd, Bayıl yamacının 12,8 hektar sahəsində 11 200 ədəd, Atbulaq-Hacıqabul magistral avtomobil yolunun 36,8 hektar sahəsində 33 563 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 377,49 hektar sahədə 866 410 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilmişdir.
Ümumiyyətlə, 2010-cu ilin payız əkin mövsümünün 01-27 noyabr tarixlərində Respublika ərazisində 3 285 350 ədəd ağac və kol bitkisi əkilmişdir.
Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.