Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov İtaliyanın İqtisadi İnkişaf Nazirinin müavinini qəbul edib
13 Noyabr 2013, 00:00
13 noyabr 2013-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov İtaliyanın İqtisadi İnkişaf Nazirinin müavini Carlo Calendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə nümayəndə heyətinə məlumat verilib.
Eyni zamanda, yaşıllaşdırma layihələrinin həyata keçirilməsi, tullantı sularının idarə olunması, suvarma sistemlərinin və mobil sutəmizləyici qurğuların hissələrinin istehsalının Azərbaycanda təşkili imkanları, o cümlədən iki ölkə arasında gələcək əməkdaşlığın perspektivləri, hüquqi bazanın gücləndirilməsi kimi bir sıra məsələlər müzakirə olunub.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.