Respublika ərazisində növbəti reyd keçirilib
29 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 15-25 noyabr 2010-cu il tarixlərində növbəti reyd keçirmişlər.
Reyd zamanı Beyləqan rayonunda fəaliyyət göstərən “Həyat” restoranından 3 canavar, 3 qartal, 3 anqut quşu, 3 qutan quşu və 1 qu quşu, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxı rayonunda fəaliyyət göstərən “Qızıl daş” restoranından isə 1 maral müsadirə olunaraq götürülmüşdür.
Qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunmuşlar.