İnciçay çayında çirklənmə müşahidə edilmişdir
22 Noyabr 2010, 00:00
Ermənistan tərəfindən Azərbaycana total müharibə ekoloji metodlar vasitəsilə davam etdirilir. Ermənilərin həyata keçirdiyi ekoloji terrorda işğal altında olan ərazilərdən keçən çaylardan da fəal istifadə edilir.
Növbəti ekoloji terror aktı Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçay çayı olmuşdur.
Belə ki, 19 noyabr 2010-cu il tarixində çayda kəskin çirklənmə müşahidə edilmişdir.
Tapqaraqoyunlu kənd sakinləri tərəfindən onların yeganə su mənbəyi olan İnciçay çayında gündüz saat 14-15 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunmuş və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilmişdir.
Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılmış və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülmüşdür. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə Nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılmış və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınmışdır. Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçay çayının suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmiş, suyun oksigen rejimi xeyli pozulmuşdur. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də ammonium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olmuşdur.
Hazırda su nümunələri üzərində kimyəvi analiz və araşdırmalar davam etdirilir.