Respublika ərazisində qanunsuz meşə materiallarının satışının qarşısının alınması məqsədilə reydlər keçirilmişdir
14 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirlikləri tərəfindən 05-12 noyabr 2010-cu il tarixlərində Respublika ərazisində meşə materiallarının qanunsuz əldə edilməsi və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilmişdir.
Keçirilən reyd zamanı Ucar rayonu ərazisində Ucar-Zərdab magistral yolunun sol hissəsindəki tikinti materiallarının satışı bazarında və rayonun digər ərazilərində 50 m3 həcmində 4038 manat nırx dəyərində yerli meşə cinsli ağaclardan ibarət işlik materialın və oduncağın satıldığı aşkar olunmuşdur.
Aparılan araşdırmalar zamanı həmin oduncağın QAZ-53 markalı avtomaşınlarla (23-BE-008, 41-BA-745, 38-92AQF, 11-BC-93, 41-BA-947, 22-97AQN, 03-11AQN dövlət nömrə nişanlı) ümumilikdə Oğuz, Qəbələ və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərindən gətirildiyi müəyyən edilmişdir. Təbiətə vurulan 1038 manat məbləğində ziyanın təqsirkarlar tərəfindən ödənilməsi təmin edilmiş, qalan 3000 manatın ödənilməsi üçün zəruri tədbirlər görülür.
Qanunsuz yolla əldə edilmiş yerli meşə materiallarının satış yeri ləğv edilmiş, Nazirliyin əməkdaşları tərəfindən ərazi nəzarətə götürülmüşdür.
Nazirlik tərəfindən yaradılmış komissiya hazırda Oğuz, Qəbələ və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunması vəziyyətini araşdırır. Araşdırmanın nəticəsindən asılı olaraq qeydə alınmış faktlarla bağlı cavabdeh şəxslərin (meşəbəyliklər üzrə meşə bəyləri, müfafizəyə cavabdeh digər şəxslər) məsuliyyəti müəyyənləşdirilərək onlar barəsində müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bundan əlavə, Lənkəran rayonu ərazisində 3 fakt üzrə 238 manat nırx dəyərində 11,5 m3 həcmində, Masallı rayonu ərazisində 2 fakt üzrə 331 manat nırx dəyərində 16 m3 həcmində, İsmayıllı rayonu ərazisində 2 fakt üzrə 124 manat nırx dəyərində 6 m3 həcmində, Şəmkir rayonu ərazisində 2 fakt üzrə 165 manat nırx dəyərində 8 m3 həcmində, Tovuz rayonu ərazisində 2 fakt üzrə 165 manat nırx dəyərində 8 m3 həcmində, Zaqatala rayonu ərazisində 2 fakt üzrə 184 manat nırx dəyərində 8,9 m3 həcmində, Qax rayonu ərazisində 1 fakt üzrə 82 manat nırx dəyərində 4 m3 həcmində, Balakən rayonu ərazisində 2 fakt üzrə 207 manat nırx dəyərində 10 m3 həcmində, Ağdaş rayonu ərazisində 2 fakt üzrə 165 manat nırx dəyərində 8 m3 həcmində, Oğuz rayonu ərazisində 1 fakt üzrə 93 manat nırx dəyərində 4,5 m3 həcmində, Qəbələ rayonu ərazisində 1 fakt üzrə 93 manat nırx dəyərində 4,5 m3 həcmində, Quba rayonu ərazisində 2 fakt üzrə 396 manat nırx dəyərində 19 m3 həcmində, Xaçmaz rayonu ərazisində 2 fakt üzrə 212 manat nırx dəyərində 10,2 m3 həcmində, Şabran rayonu ərazisində 2 fakt üzrə 206 manat nırx dəyərində 9,9 m3 həcmində qanunsuz oduncağın aparılması müəyyən edilərək müvafiq qaydada sənədləşdirilmişdir. Bütün hallarda təqsirkarlar tərəfindən təbiətə dəymiş ziyanın ödənilməsi təmin olunmuşdur.
Keçirilən növbəti reyd zamanı Qəbələ rayonunda Dandıx kənd sakini Eynulla Musayev yerli meşə materialı apararkən saxlanmış və baxış zamanı məlum olmuşdur ki, fıstıq cinsli ağacdan hazırlanmış 7 m3 həcmində işlik meşə materialı aşkar olunaraq sənədləşdirilmişdir. Meşə materialı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilmiş təqsirkara qarşı 1394 manat 12 qəpik məbləğində iddia qaldırılmışdır. Araşdırma materialı tədbir görülmək üçün Qəbələ Rayon Polis Şöbəsinə təqdim edilmişdir.
Ümumilikdə reydlər zamanı 34 fakt üzrə 8098 manat nırx dəyərində 185,6 m3 həcmində yerli meşə materialının qanunsuz yolla əldə olunaraq daşındığı aşkar olunmuşdur.
Hazırda reydlər davam etdirilir.