Xəbərlər

“Gənclər ekoloji inkişaf uğrunda” mövzusunda Beynəlxalq elmi- praktiki Konfransın iştirakçıları ETSN-də oldular

12 Noyabr 2010, 00:00

12 noyabr 2010-cu il tarixdə “Gənclər ekoloji inkişaf uğrunda” mövzusunda keçirilən Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyində olmuşlar.
Nazirliyin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov müxtəlif ölkələrdən olan gənc alim, ekspert, mütəxəssislərə
Azərbaycanın ekologiya sahəsində dünəni və bu günü, əldə etdiyi uğurlar, yeni texnologiyaların tətbiqi sayəsində alınmış müsbət nəticələr barədə ətraflı məlumat verdi.
Daha sonra tədbir iştirakçılarına son illərdə ölkəmizdə ətraf mühitin mühafizəsi, yeni yaşıllıqların salınması, biomüxtəlifliyin qorunması, hidrometeorologiyanın inkişafı və digər sahələrdə görülmüş işləri əks etdirən foto-slaydlar nümayiş etdirildi.
Tədbir zamanı müxtəlif ölkələrdən olan gənc nümayəndələrin fikirləri dinlənildi və müvafiq müzakirələr aparılaraq təcrübə mübadiləsinə dair fikirlər səsləndi, eləcə də əməkdaşlıq məsələləri müzakirə olundu.
Xatırladaq ki, Ekologiya ili çərçivəsində Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və BMT Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq elmi-praktiki konfrans 11 noyabr 2010-cu il tarixdə işinə başlamışdır.