KİV nümayəndələrinin iştirakı ilə reyd keçirilmişdir
12 Noyabr 2010, 00:00
11 noyabr 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları növbəti reydi bir sıra KİV nümayəndələrinin iştirakı ilə Abşeron rayonu Zığ şossesində yerləşən “Zeytun bağı” restoranında keçirmişlər.
Reyd zamanı sözügedən restoranda vəhşi təbiətdən götürülmüş iki ədəd ayının saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilərək götürülmüşdür.
Növbəti reyd zamanı isə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları tərəfindən Bakı şəhər Nizami rayonu ərazisində yerləşən iaşə obyektinin həyətində 1 ədəd ceyranın, Şüvəlan qəsəbəsindəki “Xəzri” istirahət mərkəzində isə 1 ədəd ayının saxlanılması faktları aşkar edilmiş və sənədləşdirilərək götürülmüşdür.
Bu kimi reydlər Azərbaycan Respublikasının digər rayonlarında da həyata keçirilmişdir.
Belə ki, Nabranda yerləşən “İsa bulağı” istirahət mərkəzində bir ədəd ayının qəfəsdə saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilmiş və ayı götürülmüşdür.
Bütün hallarda qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunmuşlar.
Hazırda Respublika ərazisində bu kimi reydlər davam etdirilir.