İstirahət mərkəzlərində vəhşi heyvanların qəfəslərdə saxlanılmasının qarşısını almaq məqsədilə növbəti reyd keçirilmişdir
10 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qarşısını almaq məqsədilə Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları ilə birgə 09 noyabr 2010-cu il tarixində növbəti reyd keçirmişlər.
Keçirilmiş reydlər zamanı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Qurd qapısı” restoranında 1 ədəd ayının, Lerik rayonu ərazisində yerləşən istirahət mərkəzində isə 3 ədəd ayının və 1 ədəd canavarın qəfəsdə saxlanılması aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilmişdir. Müsadirə olunmuş 4 ədəd ayı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərərn Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilmiş, 1 ədəd canavar isə Hirkan Milli Parkının ərazisində təbiətə buraxılmışdır.
Bütün hallarda qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunmuşlar.
Hazırda respublika ərazisində bu kimi reydlər davam etdirilir.