Xəbərlər

Bakı-Quba magistral avtomobil yolunun kənarında iməcilik keçirilmişdir

06 Noyabr 2010, 00:00

06 noyabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Quba magistral avtomobil yolunun Yaşma ərazisində payız əkini ilə əlaqədar iməcilik keçirilmişdir. İməcilikdə Nazirliyin əməkdaşları ilə birlikdə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də iştirak etmişlər.
Bu gün keçirilən iməcilikdə Bakı-Quba magistral avtomobil yolunun Yaşma ərazisinin 5 hektar sahəsində, ümumilikdə 6 mindən çox şam, göyrüc, tuya, akasiya və başqa cinslərdən olan ağac və kol bitkisi əkilmişdir.
Qeyd edək ki, ağacəkmə ilə bağlı iməciliklər Respublikanın digər ərazilərində də keçirilmişdir.
Nazirlik payız mövsümü ilə əlaqədar Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir. Bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər dövlət və qeyri dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.