2010-cu ilin yaz mövsümündə Bakı-Quba magistral avtomobil yolunun kənarında 18000 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir
05 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun kənarında iməciliklər keçirilərək əlavə vəsait xərclənmədən Nazirliyin daxili imkanları hesabına 2010-cu ilin yaz mövsümündə 20 hektar ərazi hamarlanmış, 6000 m3 üzvi gübrə və münbit torpaq gətirilmiş və 18000 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Nazirliyin nəzdində yaradılmış işçi qrup tərəfindən əkilmiş ağacların bitiş faizini müəyyənləşdirmək məqsədilə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, havaların isti və quraq keçməsinə baxmayaraq mütəmadi suvarma və qulluq işləri nəticəsində əkinlərdə 70 faizdən yuxarı bitiş alınmışdır.
Hazırda ərazi suvarma kanalları vasitəsilə suvarılır və qulluq işləri davam etdirilir.