2010-cu ilin III rübü ərzində “Qaynar xətt”ə səs-küy, kəskin qoxu və məişət tullantı sularının axıdılması ilə əlaqədar 18 müraciət daxil olmuşdur
03 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları barədə müraciətlər qəbul edilir.
2010-cu ilin III rübü ərzində Nazirliyin “Qaynar xətt”inə səs-küy, kəskin qoxu və məişət tullantı sularının axıdılması ilə əlaqədar 18 sayda müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Abşeron rayonu Novxanı qəsəbəsi Yeni yaşayış massivində yaşayan F.Kərimov tərəfindən həmin ərazidə yerləşən daş karxanasından gələn səs-küy və toz dumanı barədə daxil olmuş şikayətlə bağlı monitorinq keçirilmiş və karxananın sahibi fiziki şəxs qismində cərimə olunmuşdur.
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsi 8 mənzil 18 ünvanında yaşayan K.Səxavət tərəfindən R.Fətəliyevin həyətində saxlanılan mal-qaranın yaratdığı antisanitar vəziyyət ilə əlaqədar daxil olmuş müraciət araşdırılaraq sənədləşdirilmiş və həmin şəxsə icrası məcburi olan müddətli məcburi göstəriş verilmişdir.
Xətai rayonu, S.Vəzirov küçəsi 26 ünvanında yaşayan F.Sofiyevin “A+AS” MMC tərəfindən beton istehsalı zamanı havaya toz qalxması ilə bağlı şikayəti araşdırılmış və müvafiq sənədləşmə işləri aparılaraq akt tərtib edilmiş, aşkar olunmuş digər çatışmazlıqları aradan qaldırmaq məqsədilə müəssisə rəhbərliyinə məcburi göstəriş verilmişdir.
Xəzər rayonu Dübəndi kənd sakini R.Hacıyevin qanunsuz qum daşınması ilə əlaqədar daxil olmuş şikayəti araşdırılmış və fakt öz təsdiqini tapmamışdır. Ərazi nəzarətə götürülmüşdür.
Səbail rayonu Z.Tağıyev küçəsi 2 ünvanının Zərifə Əliyeva prospekti ilə kəsişməsində çirkab suların küçəyə axıdılması ilə əlaqədar daxil olmuş şikayət araşdırılmış və sözügedən ünvanda səyyar qaydada avtomobillərin əl ilə yuyulması faktı müəyyən edilmişdir. Cavabdeh şəxslərə xəbərdarlıq edilmiş, səyyar yuyuculara isə bu üsulla işin təşkilinin yolverilməz olduğu bildirilmişdir.
Səbail rayonu 20-ci sahə Muxtarov qəsəbəsi Nemətzadə küçəsi 33 ünvanda kanalizasiya sularının küçəyə axıdılması ilə əlaqədar daxil olmuş müraciət yerində araşdırılmış, Bibi-Heybət NQÇİ-yə məxsus binanın kanalizasiya sisteminin qəza vəziyyətində olduğu müəyyən olunmuş və kanalizasiya borularının yenisi ilə əvəz olunması üçün rəhbərliyə xəbərdarlıq edilmişdir.
Qaradağ rayonu Sahil qəsəbə sakini X.Tahirovun “Alov” STA müəssisəsi tərəfindən iş prosesi zamanı tullantı sularının Xəzər dənizinə axıdılması barədə şikayəti araşdırılmış və hazırda müəssisənin fəaliyyət göstərmədiyinə görə müraciət əsassız hesab edilmişdir.
Sabunçu rayonu Muxtarov qəsəbəsi Pişəvari 18 ünvanında yaşayan Ş.Qasımova və Yasamal rayonu Zərdabi prospektində yaşayan E.Əliyeva tərəfindən daxil olmuş şikayətlər Nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün əsassız hesab edilmişdir.
Nərimanov rayonu H.Əliyev prospekti 73/5 mənzil 31 ünvanında yaşayan A.Zəkiyev tərəfindən həmin ərazidə quraşdırılmış “Azercell” şirkətinə məxsus antenadan yayılan şüalar barədə daxil olmuş müraciətlə bağlı monitorinq keçirilmiş, stansiyanın sənədlərinin və gigiyenik sertifikatın olması müəyyən edimişdir.
Yeni Günəşli qəsəbəsi AB massivində yaşayan D.Səfərov tərəfindən beton zavodundan qalxan toz barədə daxil olmuş müraciətlə əlaqədar monitorinq keçirilmiş və tozun Yol Verilən Qatılıq Həddinə (YVQH) uyğun olduğu müəyyən edilmişdir.
Havadan gələn kəskin qoxu ilə əlaqədar daxil olmuş 4 müraciətlə bağlı monitorinq keçirilmiş və atmosfer havasının tərkibində olan çirkləndirici qaz birləşmələrinin norma daxilində olduğu müəyyən edilmişdir.
Səs-küylə əlaqədar daxil olmuş 3 müraciətlə bağlı monitorinq keçirilmiş və səs-küy səviyyəsinin qəbul olunmuş normalar daxilində olduğu müəyyən olunmuşdur.
İ.Əliyev tərəfindən Binəqədi rayonu Dərnəgül şossesində yerləşən metaləritmə zavodunun atmosferi çirkləndirməsi barədə daxil olmuş müraciət icradadır.