2010-cu ilin yazında Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsində 63 min ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir
02 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsində iməciliklər keçirilərək heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 2010-cu ilin yaz mövsümündə çətin meşəbitmə şəraitində 50 hektar ərazi hamarlanmış, 1200 m3 üzvi gübrə və münbit
torpaq gətirilmiş, 3800 paqon metr su borusu çəkilmiş və 63 min ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Nazirliyin nəzdində yaradılmış işçi qrup tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, havaların isti və quraq keçməsinə baxmayaraq mütəmadi suvarma və qulluq işləri nəticəsində əkinlərdə 70 faizdən yuxarı bitiş alınmışdır.
Hazırda ərazidə bərpa, əkin, suvarma və qulluq işləri davam etdirilir.