Kür çayında və onun deltasında hidroloji monitorinq işləri aparılmışdır
01 Noyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının 26 may 2010-cu il tarixində apardıqları ölçmə işlərinin nəticəsinə görə, Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4,46 m və ya 24,62 mBS, ümumi su sərfi 920 m3/s, axının orta sürəti 1,20 m/s, suyun maksimal sürəti isə 1,92 m/s təşkil etmişdir. Mərkəzi Aran rayonlarında yağıntıların miqdarı isə aprel ayında normadan 2-4, may ayında 1,5 dəfə çox müşahidə edilmişdir.
Xatırladaq ki, 2010-cu ilin aprel-may aylarında yağan intensiv yağışlar nəticəsində Kür çayında su sərfi yüksək həddə çataraq, ətraf ərazilər üçün təhlükə mənbəyi yaratmışdır.
24-28 sentyabr 2010-cu il tarixlərində Nazirliyin mütəxəssisləri Kür çayında və onun deltasında suyun ümumi sərfi və onun qollarda paylanması, orta axın sürəti, habelə dərinlik ölçülərini əhatə edən hidroloji monitorinq işləri aparmışlar.
Müşahidə və ölçmə işləri nəticəsində Neftçala rayonunun Bankə qəsəbəsində Kür çayında suyun ümumi sərfinin 292 m3/s (100%), suyun orta axın sürətinin 0,54 m/s, yeni kanalın girişində ümumi su sərfinin 165 m3/s (56,5%), suyun orta axın sürətinin 0,62 m/s olduğu qeydə alınmışdır. Eyni zamanda, Bala Kürün girişində ümumi su sərfi 114 m3/s (39%), Ana Kürdə açılmış təbii qollarda isə ümumi su sərfi 8 m3/s (3%) olmuşdur. Yeni kanalın dənizə töküldüyü yerdə axının maksimal sürətinin 0,93 m/s olduğu qeydə alınmışdır.
Hazırda Xəzər dənizinin səviyyəsi -27,11 mBS təşkil edir.
Kür çayında aparılan müşahidələr zamanı Kür çayında orta dərinliyin 8,22 m, Bala Kürdə 3,35 m, Ana Kürdə isə 0,3-0,4 m olduğu müəyyən edilmişdir. Həmçinin, yeni açılmış kanalın girişində dərinliyin 5,1 m olduğu, kanalın orta hissəsində 4,95 m-ə çatdığı, deltaya doğru isə tədricən azalaraq 3,5 m-ə qədər dəyişdiyi qeydə alınmışdır. Yeni kanalın mənsəbində dərinliyin 4,4 m, mənsəbdən dənizə doğru təxminən 3 km məsafədə 4,2-4,5 m-ə çatdığı müşahidə olunmuşdur.
Qeyd edək ki, hazırda yeni kanalda “Azərenerjitikintiquraşdırma” SC-yə məxsus ixtisaslaşdırılmış “İnam” lilsoran gəmisi dib dərinləşdirmə işlərini həyata keçirir.
Beləliklə, ölçmələr nəticəsində Kür çayına daxil olan ümumi suyun (292 m3/s) paylanma sərfinin yeni qolda 165 m3/s, Bala Kürdə 114 m3/s, Ana Kürdə isə 8 m3/s olduğu qeydə alınmışdır.