Ağac əkini ilə bağlı iməciliklərə start verildi
30 Oktyabr 2010, 00:00
30 oktyabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə payız mövsümündə ağac əkini ilə bağlı iməciliklərin keçirilməsinə başlanmışdır.
Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş iməcilikdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov başda olmaqla Nazirliyin əməkdaşları ilə birlikdə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də iştirak etmişlər.
Qeyd edək ki, ağacəkmə ilə bağlı iməciliklər Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilmişdir.
Bu gün keçirilən iməciliklərdə ümumilikdə 10 mindən çox zeytun, göyrüc, tuya və başqa cinslərdən olan ağac əkilmişdir.
2009-cu ilin payızı, 2010-cu ilin yazında və eləcə də 03 iyun 2010-cu il tarixində Beynəlxalq Ətraf Mühit günü ərəfəsində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kompaniyasında BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru cənab Kristof Buvyenin iştirakı ilə əkilmiş ağaclara media nümayəndələri baxış keçirmiş və aparılmış yüksək keyfiyyətli xidmət işləri nəticəsində 95-100 faiz bitişə nail olunduğu müəyyən edilmişdir.
Nazirlik payız mövsümü ilə əlaqədar Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir. Bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər dövlət və qeyri dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.