2010-cu ilin III rübü ərzində “Qaynar xətt”ə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 müraciət daxil olmuşdur
28 Oktyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir.
2010-cu ilin III rübü ərzində Nazirliyin “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 sayda müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Səbail rayonu, dalan 2, ev 2-də yaşayan E.Əzizovun şikayəti araşdırılarkən sözügedən ünvanda ağacların dibinə mazut tökülməsi faktı öz təsdiqini tapmış, lakin həmin ağacların inkişafdan qalmadığı və yaxşı vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirkarların müəyyən edilməsi üçün Səbail Rayon Polis Şöbəsinə müvafiq məktub göndərilmişdir.
Nərimanov rayonu Ağa Neymətulla küçəsi 38 ünvanında yaşayan vətəndaş S.Qurbanovanın həmin ərazidə ağacın budağının kəsilməsi ilə əlaqədar şikayəti araşdırılmış və sözügedən binanın həyətində yerləşən şam ağacının budağının quruduğu üçün Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında kəsildiyi müəyyən olunmuşdur.
Biləsuvar rayon sakini F.Əliyev tərəfindən sözügedən rayonun İcra Hakimiyyəti yaxınlığında ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət araşdırılmış, qanunsuz olaraq 3 ədəd müxtəlif diametrli şam ağacının kəsilməsi faktı aşkar edilmiş və sənədləşdirilərək qanunamüvafiq tədbirlərin görülməsi üçün rayon Polis şöbəsinə göndərilmişdir.
Binəqədi rayonu 7-ci mikrorayon sakinləri Kəmalə və S.Rəhimovun ərazidə yerləşən stadionun təmiri ilə əlaqədar onun qarşısında olan sərv ağacının kəsilmə ehtimalının olması ilə bağlı daxil olmuş şikayətlərinə əsasən sözügedən ünvanda müvafiq araşdırma aparılmış və həmin ağacın qorunması məqsədilə ərazi nəzarətə götürülmüşdür.
Pirşağı qəsəbə sakini M.Qəhrəmanovun qəbiristanlıq ərazisindəki ağacın kəsilərək 3-4 hissəyə bölünməsi ilə əlaqədar şikayəti araşdırılarkən, yaşlı və yarıqurumuş vəziyyətdə olan ağacın aşaraq qəbiristanlığa gələn əhaliyə maneəçilik törətdiyi üçün qəsəbə sakinləri tərəfindən doğrandığı məlum olmuşdur.
Şəki rayonu Baş Şabalıd kənd sakini İ.Məmmədsoy tərəfindən ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciət araşdırılaraq qanunsuz ağac kəsilməsi faktı aşkar edilmiş və təqsirkar şəxs cərimə edilmişdir.
Yevlax rayon sakini B.Sultanov tərəfindən Yevlax-Gəncə yolunun sağ tərəfində 3 ədəd ağacın kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət araşdırılmış, qanunsuz ağac kəsilməsi faktı aşkar edilərək sənədləşdirilmiş və qanunamüvafiq tədbirlərin görülməsi üçün Rayon Polis Şöbəsinə göndərilmişdir.
Ağacların kəsilməsi ilə bağlı daxil olmuş 9 şikayət ilə əlaqədar qeyd olunmuş ərazilərə baxış keçirilmiş və heç bir ağac qırıntısı faktı aşkar olunmamışdır.
Bundan başqa, ağacların aşma təhlükəsinin olması ilə bağlı daxil olmuş 78 şikayətdən 6-da ağacların aşdığı və aidiyyəti qurumlar tərəfindən doğranaraq daşındığı müəyyən edilmiş, 6 müraciət üzrə ağacların təhlükə yaratması barədə faktlar təsdiq edilməmişdir.
10 şikayət zənglərinə müvafiq olaraq müraciətlərdə qeyd olunmuş ərazilərə baxış keçirilərək əsasən qovaq ağaclarının köküstə quruması müşahidə olunmuş və təhlükə yaradacağı təsdiq olunaraq əvəzinə bir neçə gənc və uzunömürlü ağac əkilməsi şərti ilə kəsilməsi məqsədəmüvafiq hesab edilmişdir.
51 şikayətlə bağlı yerində araşdırma aparılmış və təhlükə yaradan ağacların inkişafda olması nəzərə alınaraq onların təhlükəsiz səviyyədə, Dövlət Ekspertiza İdarəsinin rəyinə əsasən budanması razılaşdırılmış və rəyin icrasının təmin edilməsi üçün müraciət edən vətəndaşlar Bakı şəhəri İH Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönəldilmişdir.
Daxil olmuş 2 şikayət ağaclarda ziyanverici həşaratların zərərsizləşdirilməsi barədə olmuş və bununla əlaqədar aidiyyəti quruma (Bakı şəhəri İH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsi) məlumat verilmişdir.
Ağacların aşma təhlükəsi ilə bağlı daxil olan 3 şikayət hazırda icra olunur və qısa zaman ərzində Dövlət Ekspertiza İdarəsi tərəfindən müvafiq rəy bildiriləcəkdir.