Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarında yaşıllaşdırma işləri aparılmışdır
27 Oktyabr 2010, 00:00
2009-cu ilin payız və 2010-cu ilin yaz mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən iməciliklər yolu ilə əlavə vəsait xərclənmədən Nazirliyin daxili imkanları hesabına Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarında Qaradağ Meşəsalma Müəssisəsinin ərazisində çətin meşəbitmə şəraitində 41 hektar sahə hamarlanmış, 11392 m3 üzvi gübrə və münbit torpaq daşınmış, 135000 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Ərazinin suvarılmasında olan çətinlikləri isə meşəçilər öz qüvvələri ilə minimuma endirməyə çalışmışlar.
Havaların isti və quraq keçməsinə baxmayaraq mütəmadi suvarma və qulluq işlərinin nəticəsində əkinlərdə 72 faizə qədər bitiş alınmışdır.
Hazırda ərazidə Qaradağ Meşəsalma Müəssisəsinin əməkdaşları suvarma və qulluq işlərini davam etdirir.