2009-cu ilin payızı və 2010-cu ilin yazında Respublika ərazisində 8,2 milyon ədəd müxtəlif ağac və kol bitkisi əkilib
25 Oktyabr 2010, 00:00
2009-cu ilin payızı və 2010-cu ilin yazında Respublika ərazisində 8,2 milyon ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir ki, bunlardan 7161 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşları tərəfindən əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına həyata keçirilib.
O cümlədən, 1005 min ədəd ağac və kol bitkisi Bakı şəhəri və ətraf ərazilərdə, 6156 min ədəd ağac və kol bitkisi isə Respublikanın regionlarında əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Bakı və Bakı ətrafı ərazilərdə yeni əkin mövsümünün əvvəlində, qızmar yay aylarından əkinlərin necə çıxması ilə əlaqədar bitiş vəziyyəti araşdırılmış və bu il havaların həddindən artıq isti və quraq keçməsinə baxmayaraq, orta hesabla 73 faizdən artıq bitişin alınması müəyyən edilmişdir. Qeyd edək ki, bu da Abşeron yarımadası və arid ərazilər üçün yüksək bitiş hesab olunur. Suvarma sistemlərinin quraşdırıldığı ərazilərdə isə bitiş 90-95 faizə çatır.
Hazırda Nazirliyin mütəxəssisləri tərəfindən ölkənin kənd rayonlarındakı ərazilərdə əkinlərin vəziyyətinin araşdırılması davam etdirilir.
Bundan başqa Rayon İcra Hakimiyyətləri, müxtəlif Nazirliklər və digər təşkilatlar tərəfindən isə ümumilikdə, 1066,6 min ədəd ağac və kol bitkisi əkilmişdir ki, bundan 535,8 min ədədi Bakı şəhəri və ətraf ərazilərin, 530,8 min ədədi isə Respublikanın regionlarının payına düşür.
Eyni zamanda bildiririk ki, respublikanın müvafiq Nazirlik və təşkilatları (Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC-nin yaşıllaşdırma idarərələri və s.) tərəfindən də “Ekologiya ili” ilə əlaqədar büdcə vəsaiti hesabına yaşıllıqlar salınmışdır. Həmin yaşıllıqların salınması barədə müfəssəl məlumatı qeyd olunan Nazirlik, təşkilat və Rayon İcra Hakimiyyətlərindən almaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yaşıllıqlarda mövcud vəziyyət barədə məlumatlar silsilə şəklində ictimaiyyətə çatdırılacaq.