Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında yaşıllaşdırma işlərinin vəziyyəti barədə
25 Oktyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən iməciliklər keçirilərək heç bir əlavə vəsait xərclənmədən 2009-cu ilin payız və 2010-cu ilin yaz mövsümlərində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən magistral avtomobil yolunun ətrafında yaşıllaşdırma işləri davam etdirilmişdir.
Belə ki, 2008-ci ildə salınmış 196 hektar əkin sahəsini genişləndirmək məqsədilə daha 8,5 hektar ərazi hamarlanmış, 416 m3 üzvi gübrə və münbit torpaq daşınmış, 3400 paqon metr su borusu çəkilmiş və 6500 ədəd müxtəlif ağac və kol bitkisi əkilmişdir.
Havaların həddindən artıq isti və quraq keçməsinə baxmayaraq, əkin vaxtı quraşdırılmış suvarma sisteminin və mütəmadi qulluq işlərinin nəticəsində əkinlərdə 95 faizə qədər bitiş alınmışdır.
Nazirliyin tabeli qurumları tərəfindən ərazidə suvarma və qulluq işləri vaxtaşırı davam etdirilir.