2010-cu ilin III rübü ərzində “Qaynar xətt”ə tullantıların qalaqlanması və yandırılması ilə bağlı 20 müraciət daxil olmuşdur
21 Oktyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları barədə müraciətlər qəbul edilir.
2010-cu ilin III rübü ərzində “Qaynar xətt”ə tullantıların qalaqlanması və yandırılması ilə bağlı 20 sayda müraciət daxil olmuş və Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Dağlı küçəsi 2 ünvanında yaşayan A.Eyvazlı, həmin rayonun 9-cu mikrorayon A.Məmmədov küçəsində yaşayan S.Hüseynov tərəfindən məişət tullantılarının qalaqlanması və yandırılması ilə əlaqədar daxil olmuş şikayətlər yerində araşdırılmış və qeyd olunan faktlar öz təsdiqini tapmamışdır.
Həmin rayonun Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 11 ünvanında yaşayan V.Rəcəbovanın müraciətinə əsasən yerində müvafiq araşdırma aparılmış və məntəqədə iri tutuma malik 4 ədəd boş konteyner olduğu halda, bərk məişət tullantılarının sakinlər tərəfindən ətrafa atıldığı məlum olmuşdur. Aidiyyəti qurumlar adıçəkilən ünvanda təmizlik işləri aparmış və hazırda ərazi Nazirliyin mütəxəssisləri tərəfindən nəzarətə götürülmüşdür.
Binəqədi rayonu A.Məmmədov küçəsi 119 ünvanında məişət tullantılarının yandırılması ilə əlaqədar daxil olan şikayət araşdırılmış və faktla bağlı protokol tərtib olunaraq, təqsirkar şəxslərə qarşı qanunamüvafiq tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonu 20 yanvar küçəsi 19 v ünvanında yaşayan A.Əliyevin şikayəti ilə əlaqədar müvafiq araşdırma aparılmış, tullantıların qalaqlanması və yandırılması faktı aşkar edilməmişdir. Məsələ ilə bağlı A.Əliyev Nazirliyin “Qaynar xətt”inə zəng etdiyini təkzib etmişdir.
Sabunçu rayonu Maştağa qəsəbə sakini N.Aşurova tərəfindən məişət tullantılarının qalaqlanması barədə daxil olmuş müraciətlə bağlı şikayətçi, Zabrat və Maştağa qəsəbə icra nümayəndələri, Ramana sovxozunun direktoru, ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Mənzil İstismar Sahəsinin rəisi ilə birgə araşdırma aparılmışdır. Araşdırma zamanı sözügedən ərazinin onlara məxsus olmadığı, bu sahənin Zabrat aeroportunun mühafizə zolağına aid olduğu bildirilmiş, buna baxmayaraq adıçəkilən icra nümayəndəlikləri problemin birgə aradan qaldırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsini öhdələrinə götürmüşlər. Əraziyə təkrar baxış zamanı məişət tullantılarının tamamilə təmizləndiyi müəyyən edilmişdir.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Vəkilov küçəsi 7 ünvanında yaşayan L.Cəfərovanın tullantıların vaxtında daşınmaması barədə müraciəti ilə əlaqədar şikayətçi ilə birgə müvafiq araşdırma aparılmış və məişət tullantılarının qəbulu üçün hər birinin tutumu 0,25 m3 olan 5 ədəd boş dəmir konteynerin olduğu halda, tullantıların ətrafa atıldığı müəyyən edilmişdir. Bununla bağlı sakinlərlə təbliğat işi aparılmış və ərazi aidiyyəti qurumlar tərəfindən təmizlənmişdir.
Balaxanı qəsəbə sakini Sürməyi adlı şəxs tərəfindən daxil olmuş müraciətlə bağlı şikayətçinin iştirakı ilə yerində müvafiq araşdırma aparılmış və qəsəbənin mərkəzi meydanında bələdiyyə üçün inşa olunan yarımçıq tikilinin ətrafında bərk məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması faktı müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılmış, Balaxanı qəsəbə bələdiyyəsinin sədri M.Novruzova qarşı təqsirkar şəxs qismində müvafiq protokol tərtib olunaraq cərimə sanksiyası tətbiq edilmişdir. Ərazinin tam təmizlənərək ciddi nəzarətdə saxlanılması M.Novruzova tapşırılmışdır.
Xətai rayonu Telnov küçəsi 8 ünvanından Nüşabə, həmin rayonun Sarayeva küçəsi 15 ünvanından R.Ağayev və Gəncə prospektindən İ.Mayılov tərəfindən tullantıların yandırılması faktları ilə bağlı daxil olmuş müraciətlər şikayətçilər və müvafiq MKİS-nin rəhbərlərinin iştirakı ilə yerində araşdırılan zaman öz təsdiqini tapmamışdır. Ərazinin nəzarətdə saxlanılması MKİS”“nin rəhbərlərinə tapşırılmışdır.
Xətai rayonu G.Mehmandarov küçəsi 90 ünvanında yaşayan C.Əliyevin müraciətinə əsasən müvafiq araşdırma aparılmış, həmin binanın arxa hissəsində yerləşən yaşıllıqda tullantıların yandırılması və bunun nəticəsində ağacların quruması faktı öz təsdiqini tapmamışdır. Həmin ərazinin nəzarətdə saxlanılması ilə bağlı 96 saylı MKİS-in rəhbərliyinə müvafiq tapşırıq verilmişdir.
Xətai rayonu M. Rüstəmov küçəsi 9 ünvanında yaşayan bir qrup sakinin müraciətində qeyd olunanlarla əlaqədar yerində aidiyyəti üzrə müvafiq araşdırma aparılmış və 9 saylı binanın qarşısında yerləşən parkın ərazisində seyrək şəkildə səpələnmiş sellofan torbalar və polietilen qabların olduğu müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuş və çatışmazlıqların aradan qaldırılması məqsədilə 89 saylı MKİS-nin rəhbərliyinə icrası məcburi olan göstəriş verilmişdir.
Nizami rayonu Qara Qarayev küçəsi 116 mənzil 76 ünvanında yaşayan Ç.Məmmədovun şikayətində qeyd olunanlar araşdırılarkən sözügedən ərazidə tullantıların qalaqlanması faktı aşkar edilməmişdir. Məsələ ilə bağlı şikayətçi Nazirliyin “Qaynar xətt”inə heç bir müraciət etmədiyini bildirmişdir.
Nizami rayonu Q.Qarayev prospekti 1/10 ünvanda zibil meydançasının ərazisində tullantıların yandırılması ilə əlaqədar S.Şahməmmədova tərəfindən daxil olmuş şikayət araşdırılmış və öz təsdiqini tapmamışdır.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi V.Xudiyev küçəsində tullantıların qalaqlanması ilə əlaqədar daxil olmuş şikayətlə bağlı müvafiq araşdırma işləri aparılmış və müraciətdə göstərilən faktlar aşkar olunmamışdır.
Yasamal rayonu ərazisində yerləşən Qanlı gölün ətrafında tullantıların yığılaraq yandırılması ilə əlaqədar daxil olmuş müraciət şikayətçi və 22 saylı MKİS-in rəisi S.Məmmədovun iştirakı ilə araşdırılmış, əraziyə tikinti və məişət tullantılarının atıldığı müəyyən edilmiş, lakin yandırılma faktı qeydə alınmamışdır. Bununla əlaqədar Nazirliyin əməkdaşları tərəfindən edilən ciddi xəbərdarlıqdan sonra 22 saylı MKİS tərəfindən həmin ərazi dərhal tullantılardan təmizlənmişdir. Ərazi Nazirlik tərəfindən nəzarətə götürülmüşdür.
Vətəndaş Ç.Səfərova tərəfindən tullantıların qalaqlanması ilə bağlı daxil olmuş müraciət yerində araşdırılmış və ərazinin 69 saylı MKİS tərəfindən təmizləndiyi müəyyən edilmişdir.
Sumqayıt şəhər sakini A.Əhmədov tərəfindən Sumqayıt şüşə zavodunun ətrafında tullantıların yandırılması ilə əlaqədar daxil olmuş müraciət araşdırılmış və tullantıların yandırılması faktı aşkar edilməmişdir.