Xəbərlər

Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət

19 Oktyabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normaya yaxın və normadan yüksək sululuq (ongünlük normanın 90-150 faizini), Lənkəran-Astara bölgəsi çaylarında isə normadan aşağı sululuq (ongünlük normanın 20-45 faizini) müşahidə olunur.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində hazırda su sərfi 245 m3/с (ongünlük normanın 145 faizini) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində hazırda su sərfi 112 m3/с (ongünlük normanın 105 faizini) təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Surra məntəqəsində suyun hazırki səviyyəsi 440 sm (2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 355 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 252 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 393 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 212 sm (2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm ) təşkil edir.