MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası başa çatdı
06 Oktyabr 2010, 00:00
05 oktyabr 2010-cu il tarixdə Qəbələ rayonunun “Qafqaz Riverside” mehmanxanasında başlayan MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının (DHMŞ) 22-ci sessiyası öz işini 06 oktyabr tarixdə başa vurdu.
Bu gün keçirilən sessiyada 2006-2010-cu illər ərzində hidrometeorologiya sahəsində görülmüş elmi tədqiqat işləri barədə hesabat dinlənildi, 2011-2015-ci illər üçün elmi-tədqiqatların yeni planı müəyyən edildi.
Sessiyada Rusiya Hidrometeorologiya Mərkəzinin direktoru cənab R.M.Vilfandın MDB DHMŞ-nın birgə layihəsi olan Şimali Avrasiya Regional İqlim Mərkəzinin işi barədə hesabatı və MDB ölkələrinin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun olaraq qlobal iqlim sazişi üzrə danışıqlarda iştirakı müzakirə edildi.
Daha sonra hidroloji və iqlim məlumatlarının təhlili üzrə kompüter proqramlarına, cədvəl kodlarına keçid məsələsinə, eləcə də hidrometeoroloji məlumatlar mübadiləsi, rabitə sistemləri və teleəlaqə məsələlərinə baxıldı.
Sessiyada çıxış edən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Avropa Bürosunun direktoru Dimitriy İvanov ÜMT-nin İşçi Qruplarının yeni strukturundan və regionda həyata keçirilən layihələrdən danışdı.
Aparılan müzakirələrdən sonra regionda hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi, eyni zamanda MDB DHMŞ-a dair sazişdə bəzi dəyişikliklər edilməsi barədə təkliflər qəbul edildi.
Sonda 2011-ci ildə keçiriləcək növbəti 23-cü sessiyanın gündəliyi təsdiq olundu.