MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası işinə başladı
05 Oktyabr 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun “Qafqaz Reverside” mehmanxanasında təşkil olunmuş MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası 5 oktyabr 2010-cu il tarixində işə başladı. Sessiyada MDB ölkələrindən - Rusiya Federasiyası, Belarus, Qazaxıstan,
Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukrayna Respublikalarının Milli Hitdrometeoroloji Xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edir.
Sessiyanı giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov dünya hidrometeorologiyasının tərkib hissəsi kimi Azərbaycanda hidrometeorologiyanın günün tələblərinə uyğun inkişaf etdirilməsinin ETSN-nin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda 2004-2010-cu illər üçün Hidrometeorologiyanın İnkişaf Proqamı” üzrə bir sıra vacib layihələrin həyata keçirilməsini qeyd edərək təhlükəli hidrometeoroloji hadisələrin Erkən Xəbərdarlıq Sisteminin yaradılması istiqamətində görülən işlərdən danışdı. Eyni zamanda qeyd olundu ki, ölkə Prezidentinin başqa bir sərəncamı ilə Azərbaycanın yüksək dağlıq Bazardüzü - Şahdağ - Tufandağ ərazisində hidrometeorologiya üzrə dünyanın ən nadir tədqiqat elm mərkəzlərindən biri yaradılmış, 2700, 3500, 4172 metr yüksəkliklərdə Avtomat Meteoroloji Stansiyalar qurulmuş və onlardan operativ surətdə məlumatlar alınır.
Daha sonra Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Aleksandr Bedritski, Təşkilatın Baş katibi Mişel Jarro qlobal iqlim dəyişmələri ilə əlaqədar hidrometeorologiya xidmətlərinin qarşısında duran yeni vəzifələrdən və onların yerinə yetirilməsi yollarından danışdılar.
M.Jarro 2009-cu ildə keçirilən 3-cü Dünya İqlim Konfransında qəbul edilmiş İqlim Xidmətləri Sisteminin yaradılması üzrə görülən işlər barədə məlumat verdi.
Həmçinin, sessiyada Milli Hidrometeoroloji Xidmət qurumlarının rəhbərlərinin hesabatları dinlənildi, MDB və Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət, üzv ölkələrdə hidrometeoroloji təhlükəsizlik Konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində həyata keçirilən layihələr və 2011-2015-ci illər üçün bu sahənin əsas inkişaf istiqamətləri və digər məsələlər müzakirə edildi.
06 oktyabr tarixində başa çatacaq sessiyada regionda hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası sənədinin layihəsinin qəbul edilməsi gözlənilir. Sonradan bu sənəd MDB hökumət başçılarının şurasına təsdiq olunmaq üçün təqdim ediləcəkdir.
Sessiyada, həmçinin, iqlim dəyişmələri, elmi tədqiqatlar, kadr hazırlığı və bir sıra digər məsələlərə də baxılacaqdır. Sessiyalararası dövrdə Şura öz işini işçi qruplar vasitəsilə davam etdirəcək və növbəti bir ildə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının işinə Azərbaycan sədrlik edəcəkdir.