Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
12 Noyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində, xüsusən Lənkəran-Astara bölgəsinin çaylarında intensiv olması nəticəsində bu ərazidən axan çaylarda sululuğun kəskin artımı müşahidə olunmuşdur. Belə ki, noyabrın 09-da Lənkərançay-Lənkəranda suyun səviyyəsində 119, Lənkərançay-Sifidorda 100, Vəşərüçay-Daştatükdə 74 sm artım qeydə alınmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-150, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 70-170, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 181 m3/s və ongünlük normanın 103 faizini təşkil etmişdir.
Noyabrın 12-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 96 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 78 m3/s təşkil etmiş və ongünlük normanın 91 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 1 sm artım, Salyanda və Bankədə isə 5 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 315 sm (2012-ci il noyabrın 12-də 367 sm), Şirvanda 151 sm (2012-ci il noyabrın 12-də 247 sm ), Salyanda 105 sm (2012-ci il noyabrın 12-də 223 sm ), Bankədə 181 sm (2012-ci il noyabrın 12-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 82 sm (2012-ci il noyabrın 12-də 193 sm) təşkil edir.