Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar 281 saylı məktəbdə “Mavi Xəzərimiz” mövzusunda lektoriya keçirilmişdir

29 Sentyabr 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il “Beynəlxalq dəniz həftəsi” ərəfəsində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
“Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Nazirlik cari ilin 27”“30 sentyabr tarixlərini əhatə etməklə xüsusi tədbirlər planı hazırlayaraq ardıcıllıqla həyata keçirir.
29 sentyabr 2010-cu il tarixində Bakı şəhəri Suraxanı rayonunun 281 saylı məktəbində “Mavi Xəzərimiz” mövzusunda lektoriya keçirilmişdir.
Lektoriyada Nazirliyin ekoloji təbliğat şöbəsinin məsləhətçisi Ş.Bəkirov, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis müavini Mikayıl Cabbarov və sektor müdiri Zöhrab Rəhimov iştirak edərək Nazirlik tərəfindən Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.
Sonda şagirdləri maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.
Nabran, Sumqayıt, Neftçala, Lənkəran şəhər və rayonlarının məktəblərində də “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə müvafiq tədbirlər keçirilir.