Xəbərlər

Qəbələ şəhərində MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçiriləcək

29 Sentyabr 2010, 00:00

5-6 oktyabr 2010-cu il tarixlərində Qəbələ şəhərində MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçiriləcək.
Sessiyada Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi M.Carro, Ümumdünya Meteorologiya Təşkilatının prezidenti A.Bedritski, MDB ölkələrinin Milli Hitdrometeoroloji Xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edəcək.
Sessiyanın gündəliyində Milli Hidrometeoroloji Xidmət qurumlarının MDB və Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət, iştirakçı ölkələrdə hidrometeoroloji təhlükəsizlik Konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində əsas inkişaf istiqamətlərinin həyata keçirlməsi və 2011-2015-ci illər üçün oxşar layihələr müzakirə olunacaq.
Eyni zamanda, MDB hökumət başçıları şurası hidrometeorologiya üzrə dövlətlərarası şurasının fəaliyyətinə dair qərarların yerinə yetirilməsinə, hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası layihəsinin hazırlanmasına və onun MDB hökumət başçılarının şurasında baxılmasına, 2011-2015-ci illərdə hidrometeorologiya üzrə əsas elmi tədqiqat işlərinin prioritet istiqamətlərinin müzakirəsinə və bir sıra cari məsələlərə baxılacaq.