“Xəzər həftəsi” ilə əlaqədar tədbirlərə start verildi
28 Sentyabr 2010, 00:00
“Beynəlxalq dəniz həftəsi” ərəfəsində dünyada olduğu kimi ölkəmizdə də “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə 27”“30 sentyabr 2010-cu il tarixlərində ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verilmiş və 28 sentyabr 2010-cu il tarixdə Buzovna qəsəbəsinin sahil zolağında iməcilik təşkil olunmuşdur.
İməcilikdə Nazirliyin əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət, QHT nümayəndələri, o cümlədən məktəblilər də iştirak etmiş və Buzovna-Mərdəkan çimərlikləri arasındakı 52 hektar ərazini 20 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizləmişlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” çərçivəsində sahilzolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini keçirilən bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.
Nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirləri davam etdirəcəkdir.