Prezident İlham Əliyev “Azərbaycan yaşıl dünya naminə” Beynəlxalq ekoloji sərgiyə baxış keçirib
17 Sentyabr 2010, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 sentyabr 2010-cu il tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə” devizi altında təşkil olunan Beynəlxalq ekoloji sərgiyə baxış keçirib.
Xatırladaq ki, sərgi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunub.
“Azərbaycan Yaşıl Dünya naminə” beynəlxalq sərgi ətraf mühitlə bağlı bütün sahələri (xüsusi mühafizə olunan təbiət əraziləri, su bioresursları, meşələr, ətraf mühitin monitorinqi, hidrometeorologiya, neft-qaz sektoru, meliorasiya və su təsərrüfatı, su təchizatı və kanalizasiya, kənd təsərrüfatı) əhatə edir.
Qeyd edək ki, sərgidə iştirak edən xarici şirkətlər müasir texnologiyaların tətbiqini nümayiş etdirməklə müvafiq texnologiyaların ölkəmizdə tətbiqi üçün geniş imkanlar açacaq.
Ekoloji problemlərin həllində qabaqcıl təcrübəyə malik 30-a yaxın xarici, eləcə də yerli şirkətlərin, o cümlədən dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının iştirak etdiyi sərgi 18 sentyabr tarixinədək davam edəcək.