Xəbərlər

Yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin icra vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilmişdir

30 Avqust 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin icra vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilmişdir.
Xəzər rayonu Pirallahı qəsəbəsi ərazisində yerin təkindən qanunsuz istifadə etdiklərinə görə R.Əhmədov və M.Seyidov hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə olunmuşlar.
Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində yerin təkindən qanunsuz istifadə etdiyinə görə Ş.Cəbrayılov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə edilmişdir.
Abşeron rayonu Fatmai-Goradil bağları ərazisində yerin təkindən qanunsuz istifadə etdiyinə görə Ə.Məmmədov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə olunmuşdur.
Sabunçu rayonu Pirşağı qəsəbəsi Xəzər sahili ərazidə yerin təkindən qanunsuz istifadə etdiklərinə görə R.İsmayılov və X.Sadıqov hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə edilmişlər.