Binəqədi rayonu ərazisində reyd keçirilmişdir
27 Avqust 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilmişdir.
Binəqədi rayonu Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Abşeron” istirahət mərkəzinin iş icraçısı Ş.Umudov, “Vüsal” iaşə obyektinin iş icraçısı S.Allahverdiyev və “Barbados” iaşə obyektinin iş icraçısı İ.Əzimov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Binəqədi rayonu Goradil çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı T.Abdullayev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir.
Binəqədi rayonu Fatmai çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı F.Quliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.
Binəqədi rayonu Xəzər sahili ərazidə fəaaliyyət göstərən “Palm Beach” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunması üçün verilmiş “məcburi göstəriş”in icra edilmədiyinə görə iş icraçısı B.Əmirov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimələnmişdir.