Xəbərlər

Sabunçu rayonu Xəzər sahili ərazilərdə reyd keçirilmişdir

26 Avqust 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Sabunçu rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilmişdir.
Reyd zamanı Sabunçu rayonu Xəzər sahili ərazilərdə fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları S.Həsənov, Z.Səfərov, R.İbrahimov, N.Quliyev, Ə.Allahverdiyev, H.Hacıyev və S.Hüseynov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Sabunçu rayonu Xəzər sahili ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Günəş” iaşə obyektinin iş icraçısı R.Mahmudov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir.
Sabunçu rayonu Nardaran qəsəbəsi Xəzər sahili ərazidə fəaliyyət göstərən iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı A.Kazımov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.
Sabunçu rayonu Pirşağı qəsəbəsi Xəzər sahili ərazidə fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları R.Əliyev və O.İslamov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişlər.