Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
25 Avqust 2010, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin 01-15 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 230 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 69 göstəriş verilmişdir.
Ümumilikdə, 86 iş üzrə 82550 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 6369 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 646,46 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 1828,14 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 127 iş üzrə 10129,2 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla birlikdə) 14301 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla birlikdə) 2-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 34 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su ehtiyatlarının mühafizəsi üzrə 40 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 21 icrası məcburi olan göstəriş verilmişdir. 20 iş üzrə 12150 manat məbləğində cərimə, 26 iş üzrə 1558 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 29 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 13 məcburi göstəriş verilmişdir. 1 iş üzrə 2500 manat məbləğində cərimə, 67 iş üzrə 5317,2 manat məbləğində ödəmə tətbiq edilmiş 1 iş üzrə 15 manat məbləğində iddia qaldırılmışdır.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 5 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilmişdir. 2 iş üzrə 2700 manat məbləğində cərimə, 9 iş üzrə isə 630 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuş, 1 icrası məcburi olan göstəriş verilmişdir. 4 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 1 iş üzrə 22 manat məbləğində iddia qaldırılmış, 2 iş üzrə 600 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 25 icrası məcburi olan göstəriş verilmişdir. 51 iş üzrə 60800 manat məbləğində cərimə, 23 iş üzrə isə 2024 manat məbləğində ödəmə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 4 iş üzrə 400 manat məbləğində iddia qaldırılmışdır.
Flora və faunanın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 34 akt və protokol tərtib olunmuşdur. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün floranın mühafizəsi üzrə müvafiq qanunvericiliyə əsasən 7 icrası məcburi olan göstəriş verilmişdir. Floranın mühafizəsi sahəsində 7 iş üzrə 1300 manat, faunanın mühafizəsi sahəsində isə 1 iş üzrə 1100 manat məbləğində cərimə tətbiq edilmişdir. Floranın mühafizəsi sahəsində 4 iş üzrə 209,46 manat məbləğində iddia qaldırılmışdır.