Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır
16 Avqust 2010, 00:00
Yanğın təlükəsizliyi qaydalarına əməl olunması üçün dəfələrlə edilmiş tövsiylərə və izahat işlərinə baxmayaraq bəzi vətəndaşlar və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər.
Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsidir ki, 14 avqust 2010-cu il tarixdə saat 14:00 radələrində Astara rayonunun Hamuşam kəndi bələdiyyəsinin ərazisində torpaq mülkiyyətçisinin öz pay torpağında yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Yanğın sürətlə genişlənərək 1,5 hektar bələdiyyəyə məxsus ərazini əhatə etmişdir. Yanğın hadisəsi ETSN-nin yerli qurumlarının əməkdaşlarının və yerli sakinlərin köməkliyi ilə operativ qaydada söndürülmüş və yanğının meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Həmçinin, 14 avqust 2010-cu il tarixdə saat 13:00 radələrində Xızı rayonunun Sitalçay kəndinin ərazisindəki qış otlaq sahəsində də daha bir yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın sürətlə genişlənərək 100 hektarlarla ərazini əhatə etməklə həmin rayonun Dizəvər kəndi ətrafındakı yay otlaq sahələrinədək yayılmışdır. Yanğın 16 avqust 2010-cu il tarixdə səhər saatlarında ETSN-nin yerli qurumlarının əməkdaşlarının, FHN-nin əsgərlərinin, Sumqayıt şəhər, Xızı, Quba, Şabran rayonlarının Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının, yerli sakinlərin köməkliyi ilə söndürülmüş və yanğının meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarını riayət etməyə çağırır.