Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır

10 Avqust 2010, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ilin 16-31 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 151 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 78 göstəriş verilmişdir.
Ümumilikdə, 38 iş üzrə 156505 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 4055,5 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 2826,27 manat məbləğində iddia qaldırılmış, ondan (ötən ildən qalanla birlikdə) 4135,43 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 182 iş üzrə 29401,85 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla birlikdə) 59198,19 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 2 işdən (ötən ildən qalanla birlikdə) 14-nə, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilmiş 8 işdən 5-nə baxılaraq müvafiq tədbir görülmüş, hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə isə baxılmamışdır.
Su ehtiyatlarının mühafizəsi üzrə 43 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 21 icrası məcburi olan göstəriş verilmişdir. 11 iş üzrə 47500 manat məbləğində cərimə, 39 iş üzrə 5142 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 14 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 15 məcburi göstəriş verilmişdir. 4 iş üzrə 7560 manat məbləğində cərimə, 93 iş üzrə 16869,96 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 9 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilmişdir.dur. 4 iş üzrə 32600 manat məbləğində cərimə, 4 iş üzrə isə 300 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 15 akt və protokol tərtib olunmuş, 1 icrası məcburi olan göstəriş verilmişdir. 3 iş üzrə 2800 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyanla bağlı 3 iş üzrə 1207,25 manat məbləğində iddia qaldırılmışdır.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 47 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 39 icrası məcburi olan göstəriş verilmişdir. 4 iş üzrə 13500 manat məbləğində cərimə, 45 iş üzrə isə 7039,89 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Flora və faunanın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 23 akt və protokol tərtib olunmuşdur. Floranın mühafizəsi sahəsində 8 iş üzrə 49500 manat, faunanın mühafizəsi sahəsində isə 4 iş üzrə 3045 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su hövzələrində bioloji resursların mühafizəsi və artırılması sahəsində dəymiş ziyanla bağlı 2 iş üzrə 1010 manat məbləğində iddia qaldırılmışdır.