“Jurnalistlərin ekologiya məktəbi” fəaliyyətə başladı
03 Avqust 2010, 00:00
03 avqust 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi”nin ilk məşğələsi keçirildi.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. sahələrdə jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə yaradılmış məktəbin açılışında Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov iştirak etdi.
Məktəbin yaranma zərurəti və məqsədləri barədə geniş məlumat verən H.Bağırov jurnalistləri maraqlandıran sualları da cavablandırdı.
Məktəbin birinci məşğələsində “Azərbaycan Respublikasının ekologiya sahəsində dövlət siyasəti:prioritetləri,həyata keçirilmə mexanizmləri” mövzusunda mühazirə oxundu.
“Jurnalistlərin ekologiya məktəbi”ndə tədris prosesi həftədə 2 dəfə olmaqla bir qoşa saat davam edəcək.