Xəbərlər

Yanğın hadisəsi baş vermişdir

02 Avqust 2010, 00:00

30 iyul 2010-cu il tarixində saat 19:00 radələrində Şabran rayonunun Zeyvə kəndində Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu ərazisində yanğın hadisəsi baş vermişdir.
Yanğının səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı üzündən baş verdiyi ehtimal olunur. Yanğın, ümumilikdə 4 hektarı əhatə etsə də, görülmüş tədbirlər nəticəsində cəmi 1,5 hektar əraziyə ziyan dəymişdir.
Yanğin ETSN-nin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələrinin, habelə yerli əhalinin səyləri nəticəsində 01 avqust 2010-cu il tarixində saat 14:15 radələrində tam söndürülmüşdür. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumları daha fəal iştirak etmişlər.
Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün yanğın hadisəsi sənədləşdirilərək hüquq mühafizə orqanlarına göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.