Yanğın hadisəsi baş vermişdir
30 İyul 2010, 00:00
29 iyul 2010-cu il tarixində saat 19:00 radələrində Xaçmaz rayonunun Bostançı kəndi yaxınlığındakı 0,04 hektar sahədə yanğın hadisəsi baş vermişdir.
Yanğin ETSN-nin yerli qurumlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülmüş, yanğının meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Bundan başqa, 30 iyul 2010-cu il tarixində Xaçmaz rayonunun Muxtadır və Susay kəndləri ərazisində də qamış və kövşənlərin yandırılması nəticəsində 2,25 hektar sahədə yanğın hadisəsi baş vermişdir.
ETSN-nin yerli qurumları işçilərinin və əhalinin səyləri nəticəsində yanğın söndürülmüş, meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Meşə Mühafizə Xidməti işçilərinin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, Susay kəndi yaxınlığındakı yanğın, Məmmədəli Baratova məxsus 2 hektar ərazidə baş vermişdir. Yanğınla bağlı Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayon polis şöbəsinə məlumat verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.