Nazirlik meşələrin mühafizəsinə xüsusi diqqət yetirir
30 İyul 2010, 00:00
Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyasının hazırladığı “Mədən Sənayesində Şəffaflıq” icmalının may 2010-cu il tarixli 2 (14) nömrəli buraxılışında “Göygöl rayonu ərazisində kütləvi meşə qırğınları baş verir” başlıqlı məqalə dərc edilmişdir.
Bununla əlaqədar Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının təmsilçiləri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə meşələrin mühafizəsi sahəsində nazirliklə vətəndaş cəmiyyətinin mümkün əməkdaşlığı, Göygöl rayonu ərazisində meşələrin vəziyyəti, mühafizə sistemi və bu sahədə gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov tərəfindən koalisiya təmsilçilərinin Göygöl rayonu ərazisində meşələrin mühafizə sisteminin təkmilləşdirilməsinə dair qaldırdığı məsələyə toxunulmuş, ətraf mühitin mühafizəsi istiqamətində ortaya çıxan bütün təşəbbüslərin Nazirlik tərəfindən dəstəkləndiyi qeyd olunmuşdur. Həmçinin ekologiya mövzusunda müxtəlif səviyyələrdə müzakirələrin aparılmasını və vətəndaş cəmiyyətinin bu sahəyə diqqət ayırmasını təqdirəlayiq hal kimi qiymətləndirmiş və Nazirlik tərəfindən meşələrin mühafizəsi məsələsinə xüsusi diqqətin ayrıldığını vurğulamışdır.
Koalisiyasının təmsilçiləri ilə keçirilən görüşün nəticəsi olaraq göstərilənlərin yerində araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 369/EM saylı 12.07.2010-cu il tarixli əmrinə əsasən, Qafqaz üçün Regional Ekologiya Mərkəzinin Azərbaycan milli ofisinin direktoru İsa Əliyev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məsləhətçisi, Azərbaycan Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şura üzvü Sevil Yüzbaşova, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli komitəsi Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev və ETSN-nin əməkdaşlarından Sadiq Salmanov, Malik Rzayev, Ramiz Mahmudov, Sahib Həsənov, Zöhrab Süleymanov, Bayram Şükürov və Tofiq İsmayılovdan ibarət komissiya yaradılmışdır.
Komissiya üzvlərinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Hacıkənd meşəbəyliyinin 1, 2, 3 və 4 saylı meşə dolaylarında (Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli komitəsi Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyevin göstərdiyi ərazilərdə) birgə apardığı araşdırma zamanı məlum olmuşdur ki, “Mədən Sənayesində Şəffaflıq” icmalının may 2010-cu il tarixli 2 (14) nömrəli buraxılışında bəhs edilən, Turşsu massivi adlanan ərazilərdə əvvəlki illərdə (1992-2000-ci illər) xeyli miqdarda köküstə yaş ağacların kəsilməsi hallarına yol verilsə də, ondan sonrakı dövrlərdə kütləvi şəkildə ağac kəsintilərinə yol verilməmişdir.
Araşlırmanın nəticəsi barədə komissiya üzvləri tərəfindən müvafiq akt tərtib olunmuşdur.
Belə ki, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli komitəsi Qərb bölgə nümayəndəliyinin rəhbəri Aslan Vəliyevin təqdim etdiyi və “Mədən Sənayesində Şəffaflıq” jurnalında çap olunan material və nəşr etdirdiyi foto şəkillərdə əks olunan ağac kəsintisi 2000-ci ilə qədərki dövrə aid olduğu müəyyən edildi, materialdakı məlumatların həqiqətə uyğun olmadığı ortaya çıxdı. 21.02.2010-cu il tarixdə aparılmış araşdırma zamanı aşkar olunmuş 6 ədəd ağac kəsintisindən başqa həmin tarixdən sonrakı dövr ərzində bir ədəd də olsun yeni ağac kəsilməsi halları müəyyən edilməmişdir.
Məqalədə gedən məlumatlar öz təsdiqini tapmadığına görə jurnalın redaktoru - yazını dərc edən Oqtay Gulalıyevdən və məlumatları təqdim edən Aslan Vəliyevdən üzr istəmələrini gözlədiyimizi və təkzib materialının çapının təbii qəbul ediləcəyinə inandığımızı bildiririk.
AKT