ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır
27 İyul 2010, 00:00
Son günlər Respublikamızın ərazisində havaların isti və küləkli keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Əhali arasında, fermer və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılır, meşəətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqların çəkilməsi) üçün müvafiq tədbirlər görülür.
Lakin ölkə vətəndaşı adını daşımağa belə layiq olmayan və vətəndaşlıq borcunu başa düşməyən bəzi üzdəniraq şəxslər bu vacib məsələyə biganə qalmaqda davam edirlər. Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsində 25 iyul 2010-cu il tarixdə saat 21:50 radələrində Ələt-Hacıqabul magistral avtomobil yolunun 40-cı kilometrliyində yanğın hadisəsi baş vermişdir. Yanğına səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olmuşdur.
Yanğın təbii və alaq otlarından ibarət olan 30 hektar ərazini, o cümlədən magistral yolun kənarında uzun illər çılpaq vəziyyətdə qalmış və ölkə Prezidentinin tapşırığına əsasən ETSN-nin əməkdaşlarının səyi nəticəsində çətin meşəbitmə şəraitinə malik ərazidə son illərdə əziyyətlə yetişdirilmiş meşə ərazisinin 1,2 hektar sahəsini əhatə etmişdir.
Yanğin ETSN-nin yerli qurumlarının, Hacıqabul rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülmüşdür. Nəticədə ağacların yarpaqları ütülmüş, lakin ağaclara ciddi ziyan dəyməmişdir.
Bundan başqa, 26 iyul 2010-cu il tarixdə saat 13:00 radələrində Qusar rayonunun Ləcət bələdiyyəsinə aid torpaq fondunda da mal-qara saxlayanların tonqal yandırması nəticəsində 1 hektar ərazini əhatə edən yanğın hadisəsi baş vermişdir. Yanğın ETSN-nin yerli qurumlarının və Qusar rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi ilə söndürülmüşdür.
Həmçinin, 26 iyul 2010-cu il tarixdə saat 14:30 radələrində Oğuz rayonunun Böyük Söyüdlü bələdiyyəsinə aid 2,1 hektar kollu örüş sahəsində də sönməmiş siqaret kötüyündən quru otlara od düşməsi nəticəsində daha bir yanğın hadisəsi baş vermiş və küləkli hava şəraiti səbəbindən yanğın 0,9 hektar meşə fondu ərazisinə keçmişdir. Yanğın ETSN-nin yerli qurumlarının və Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının köməkliyi ilə qısa müddət ərzində söndürüldüyündən meşə fonduna ziyan dəyməmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.